İsrail xaricdəki vətəndaşlara buna görə XƏBƏRDARLIQ ETDİ
    • 13-10-2023, 11:16
    • 291

İsrail xaricdəki vətəndaşlara buna görə XƏBƏRDARLIQ ETDİ

İsrail xaricdə yaşayan vətəndaşları diqqətli olmağa və cümə günü nümayişlərdən uzaq durmağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası olan KAN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Həmas cümə günü  Fələstin xalqını, Qüds, Məscidül-Əqsa və Qəzzəyə dəstək üçün ümumi səfərbərliyə çağırıb. İsrail bu baxımdan xaricdə yaşayan vətəndaşlara çağırış edib.

“Cümə günə nümayişlərdən uzaq olun”.

Qeyd edək ki, İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 32 fələstinlinin öldüyü, təxminən 600 nəfərin yaralandığı da bildirilib.

Ülkər ABDURAHMANLI