Üç jurnalist itkin DÜŞDÜ
    • 18-10-2023, 13:29
    • 182

Üç jurnalist itkin DÜŞDÜ

İsraildə müharibə başlayandan bəri ən azı 17 jurnalist həlak olub, daha səkkiz nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) saytında məlumat verilib. 

Məlumatda üç jurnalistin itkin düşdüyü də qeyd olunub. Ehtimal olunur ki, həmin şəxslər əsir düşüb.

CPJ həmçinin bildirib ki, Qəzzada jurnalistlərin üzləşdiyi risklər yüksəkdir, çünki İsrail mümkün quru hücumuna hazırlaşır və artıq sektorda çoxlu sayda hava hücumu həyata keçirib. 

Aynurə