Allahşükür Paşazadə ordenlə TƏLTİF OLUNACAQ - FOTO
    • 18-10-2023, 13:51
    • 269

Allahşükür Paşazadə ordenlə TƏLTİF OLUNACAQ - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğu Misirin paytaxtı Qahirədə həmin ölkənin müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi Əllamla görüşüb.

News24.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Şeyxülislam və onu müşayiət edən nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edən Şövqi Əllam rəhbərlik etdiyi qurumun VIII Forumu, toplantıda müzakirə ediləcək məsələlər barədə geniş məlumat verib.

Misir Müftisi qeyd edib ki, Forumda Dünya Fətva Heyətləri Baş Katibliyinin fəaliyyətinə verdiyi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadə “İmam Qarafi” ordeni ilə təltif olunacaq.

A.Paşazadə sülhə və əmin-amanlığa böyük ehtiyac duyulduğu bir dövrdə Qahirədə belə bir Forumun keçirilməsini mühüm hadisə adlandırıb və tədbirinm işinə uğurlar arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.