-
- 18-10-2023, 17:25
- 278
"Qəzzada baş verənlərin məqsədi budur" - Prezidentdən sərt sözlər
“Hazırda Qəzzada baş verənlər mülki insanları Misirə köçməyə məcbur etmək cəhdidir. Fələstinlilərin öz torpaqlarından qovulmasını rədd edirik. Sina yarımadasının İsrailə qarşı terror bazasına çevrilməsini istəmirik. Milyonlarla misirli Fələstin xalqının köçürülməsi ideyasına qarşı nümayiş keçirməyə hazırdır”.
News24.az xəbər verir ki, xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib.
“Cari (quru) hərbi əməliyyatların davam etdirilməsi nəzarətdən çıxa biləcək təhlükəsizlik və humanitar nəticələrə gətirib çıxaracaq”, - Misir lideri bildirib.
Sisi vurğulayıb ki, Misir Fələstin məsələsinin hərbi yolla ləğvini rədd edir.
Yardımın Qəzza zolağına daxil olmasının qarşısını alaraq, elektrik, su və yanacaq verməməkdə yeganə məqsəd Fələstin xalqını Misirə sürgün etməkdir. Biz Fələstin davasının ləğvini və fələstinlilərin Sinaya deportasiyasını rədd edirik”, - prezident deyib.
Ayşən