Bayden İsrailə gedir
    • 17-10-2023, 18:00
    • 172

Bayden İsrailə gedir

ABŞ prezidenti Co Bayden oktyabrın 18-də İsrailə gedəcək.

News24.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Amerika liderinin İsraillə həmrəylik nümayiş etdirmək üçün İsrailə rəsmi səfər edəcəyi bildirilir.

Bu səfərdən sonra Bayden İordaniyaya gedəcək və burada İordaniya Kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah Sisi və Fələstin Prezidenti Mahmud Abbasla Qəzza zolağında artan humanitar böhranı müzakirə edəcək.


Qumral