44 yaşlı qadın göbələkdən zəhərləndi
    • 18-10-2023, 21:18
    • 267

44 yaşlı qadın göbələkdən zəhərləndi

Zaqatalada 44 yaşlı qadın göbələkdən zəhərlənib. 

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Günəş Mövləddin qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin müayinə zamanı qadının göbələkdən zəhərləndiyi məlum olub. 

Günəş Əsgərovaya xəstəxanada lazımi tibbi yardım göstərilb və vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək ücün  Bakı şəhəri  Respublika Toksikologiya Mərkəzinə göndərilib.