-
- 18-10-2023, 21:42
- 240
ABŞ Qəzza zolağı üçün 100 milyon ayırır
ABŞ həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 100 milyon dollar ayıracaq.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
“Bu pul münaqişə nəticəsində didərgin düşmüş birl milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq”, - Bayden qeyd edib.
O vurğulayıb ki, əgər verilən yardım HƏMAS yaraqlıları tərəfindən oğurlansa, bu, onların Fələstin vətəndaşlarının maraqlarını təmsil etmədiklərini sübut edəcək.