Müğənnini öldürən əri 4 AY HƏBS EDİLDİ
    • 19-10-2023, 11:37
    • 344

Müğənnini öldürən əri 4 AY HƏBS EDİLDİ

Bakıda müğənni Yaqut Nərimanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı barəsində həbs qətimkan tədbiri seçilib. 

News24.az -ın məlumatına görə, Nizami Rayon Məhkəməsində Anar Həşimov barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.  Məhkəmə təqdimatı təmin edib və A.Həşimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Anar Həşimov Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri ilə qətlə yetirib. 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.