Bakıda oğul atasını qətlə yetirdi
    • 9-07-2023, 11:21
    • 337

Bakıda oğul atasını qətlə yetirdi

İyulun 9-u saat 02 radələrində paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Bakı şəhəri Nizami Rayon Prokurorluğu məlumat yayıb.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Pərvin Yusifov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.