Bakıda yanğın-15 nəfər təxliyyə olundu
    • 27-03-2019, 10:16
    • 1 212

Bakıda yanğın-15 nəfər təxliyyə olundu

Bakıda baş verən yanğın zamanı 15 nəfər təxliyə olunub.

Fövqəlada Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.