Bakıda  çoxmərtəbəli yaşayış binasında yanğın - 70  NƏFƏR TƏXLİYƏ OLUNDU
    • 12-12-2019, 09:51
    • 1 159

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 70 NƏFƏR TƏXLİYƏ OLUNDU

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.