-
- 19-10-2023, 18:01
- 179
Türkiyə bu iddiaları RƏDD EDİR - AÇIQLAMA
Türkiyə ərazisində əcnəbi hərbçilərin yerləşdirilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Rabitə Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“İraq və Suriyaya hərbçilərin göndərilməsi mandatının daha iki il uzadılması qərarı ilə bağlı “Ərazimizdə olan xarici hərbçilər” və “Xarici hərbçilər Türkiyəyə gedir” başlıqları altında yayılan xəbərlər həqiqətə uyğun deyil və manipulyasiyadır”.
“Əcnəbi hərbçilərin BMT-nin qərarı əsasında Türkiyədə yerləşdirilməsindən söhbət gedə bilməz”, - deyə,bildirilir.
Qeyd edək ki, 2007-ci ildən Türkiyə Parlamenti silahlı qüvvələrə sərhədyanı əməliyyatlar keçirməyi tapşırıb.
Ülkər Abdurahmanlı