İstanbulda əcnəbilərə yaşamaq icazəsinin verilməsinə qadağa qoyulub?
    • 16-07-2023, 10:51
    • 216

İstanbulda əcnəbilərə yaşamaq icazəsinin verilməsinə qadağa qoyulub?

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul hakimiyyətinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib.

News24.az xəbər verir ki, bu barədə nazirliyin bazar günü yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, İstanbulda qapalı adlanan ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir.

“İstanbulda əcnəbilərə yaşayış icazəsi verilməsi üçün 39 rayonun bağlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. O icazələrin alınması üçün müraciətlərin bağlandığı 10 rayon var”, - deyə məlumatda bildirilir