Fariz Ağayev Naxçıvanda QƏTLƏ YETİRİLDİ
    • 19-10-2023, 17:50
    • 1 244

Fariz Ağayev Naxçıvanda QƏTLƏ YETİRİLDİ

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.