Lukaşenko bu ölkələrdəki səfirləri vəzifədən AZAD ETDİ
    • 20-10-2023, 00:43
    • 240

Lukaşenko bu ölkələrdəki səfirləri vəzifədən AZAD ETDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko iki səfiri istefaya göndərib.

News24.az  xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 19-da imzalanan sərəncamlarla Lukaşenko Belarusun Ukraynadakı səfiri İqor Sokol və respublikanın Estoniyadakı diplomatik missiyasının rəhbəri Vyaçeslav Kaçanovu vəzifələrindən azad edib.