Növbəti iki gündə...
    • 20-10-2023, 09:32
    • 203

Növbəti iki gündə...

Bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 20-si səhərdən tədricən kəsiləcək.

News24.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti mülayim, sabit keçəcək.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.