Deputatlarımız Ukraynada keçiriləcək prezident seçkilərini izləyəcək
    • 27-03-2019, 11:30
    • 892

Deputatlarımız Ukraynada keçiriləcək prezident seçkilərini izləyəcək

Milli Məclisin  deputatları  Naqif Həmzəyev Azər Kərimli  və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün  Kiyev şəhərinə  səfərə gedəcək.

News24.az Milli Məclisin rəsmi saytına istinadən xəbər verir ki,Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. 

Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə  Milli Məclisin xətti ilə prosesi müşahidə edəcəklər.

Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər. 

Səfər aprelin 2-də başa çatacaq.