Azərbaycanda bu qanunlar ləğv ediləcək - RƏSMİ
    • 20-10-2023, 12:32
    • 224

Azərbaycanda bu qanunlar ləğv ediləcək - RƏSMİ

Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin qüvvəyə minməsi ilə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız Rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" qanunlar ləğv olunacaq.

Qeyd edək ki, bu gün “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasında müzakirə olunacaq.

Fərid Azəri