Fariz Ağayev kriminal avtoritetin QARDAŞI İMİŞ
    • 20-10-2023, 12:41
    • 662

Fariz Ağayev kriminal avtoritetin QARDAŞI İMİŞ

Ötən gün Şərurda baş verən qətlin bəzi detalları məlum olub.

News24.az APA-ya istinadən xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.

İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.

Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, keçmiş məhkum Vüqar Ağayevin qardaşıdır.