Belçikalı nazir istefa verdi
    • 21-10-2023, 00:05
    • 202

Belçikalı nazir istefa verdi

Belçikanın ədliyyə naziri Vinsent Van Kukenborn oktyabrın 16-da Brüsseldə törədilən terror aktına görə istefa verib.

News24.az xəbər verir ki, bu barədə “VRT” telekanalı məlumat yayıb.

İstefaya səbəb 2019-cu ildən Belçikada qeyri-qanuni yaşayan 45 yaşlı tunisli Abdessalem Lassoudun sığınacaq istəməsi ilə bağlı qərar gözləyən terror aktı ilə bağlı aparılan istintaqın ilk nəticələri olub.