Təyyarəyə gecikən nazir İSTEFA VERDİ
    • 27-05-2019, 17:28
    • 1 023

Təyyarəyə gecikən nazir İSTEFA VERDİ

Təyyarəyə gecikən nazir istefa verib. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikada yaşanıb. ölkənin Ekologiya və Təbii Sərvətlər naziri Jozefa-Gonzales Blanko iş səyahətinə yollandığı təyyarəni yarım saat gözlədib. Sərnişinlərin tənqidi ilə üz-üzə qalan nazir buna görə də istefa verib. Nazir vəzifəsindən öz istəyi ilə ayrılmasını sosial şəbəkə üzərindən bildirib. O, "Heç bir səbəb yoxdur. Sadəcə təyyarəni yarım saat gözlətdiyim üçündür".