Ermənistanda vitse-mer güllələndi
    • 21-10-2023, 00:30
    • 603

Ermənistanda vitse-mer güllələndi

Ermənistanın Aştarak şəhərinin meri Vardan Safaryan silahlı insident zamanı xəsarət alıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.

Bildirilib ki, hadisə “Qalusti dzor” istirahət zonasına gedən yolda baş verib.

Belə ki, 65 yaşlı Qalust.Q., onu oğlu 37 yaşlı Ayk Q. və 34 yaşlı Aştarak icmasının sədri Tovmas Şaqinyan arasında torpaq məsələsinə görə mübahisə yaşanıb.

Konflikt zamanı onlara bir neçə şəxs yaxınlaşıb, Qalustu yerə yıxaraq zərbələr endirib, onu daşla vurublar.

Bu zaman Ayk.Q. üzərindəki avtomat silahdan atasını döyən şəxslərə bir neçə dəfə atəş açıb.

Nəticədə 52 yaşlı Vardan Safaryan və 26 yaşlı Qor.P.İx xəsarət alıblar. Onlar əvvəlcə Aştarakda, sonra isə İrəvanda “Erebuni” xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.