Gədəbəydə qəza zamanı 7 nəfər xəsarət alıb
    • 9-06-2022, 23:31
    • 295

Gədəbəydə qəza zamanı 7 nəfər xəsarət alıb

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Maarif kəndində qeydə alınıb. Gəncə-Gədəbəy reysi ilə işləyən mikroavtobus sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Qəza zamamı sürücü, rayon sakini 68 yaşlı Sərxan Həmzəyev və sərnişinlər - 18 yaşlı J. İbrahimova, 18 yaşlı J.Bayramlı, 42 yaşlı T.Rzayev, 18 yaşlı N. Allahverdiyeva, 18 yaşlı O.Hüseynov və 44 yaşlı G Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildrilir. Faktla bağlı araşdırma aparılır. /APA/