-
- 27-03-2019, 12:25
- 1 030
Prezident İlham Əliyev İranlı həmkarına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib. News24.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.