İlham Əliyev Albaniyadakı zəlzələ zamanı ölənlərlə bağlı BAŞSAĞLI VERDİ
    • 27-11-2019, 17:59
    • 843

İlham Əliyev Albaniyadakı zəlzələ zamanı ölənlərlə bağlı BAŞSAĞLI VERDİ

Prezident İlham Əliyev Albaniyada baş verən zəlzələ zamanı dünyasını dəyişənlərə görə ölkə başçısı İlir Metaya başsağlığı verib.

News24.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".