-
- 21-10-2023, 09:58
- 357
Xankəndidə universitet fəaliyyətə başlaya bilər - VİDEO
Uzun illər təhsil ocaqları da ermənilərin işğalından əziyyət çəkib. Onlardan biri də Qarabağda yeganə ali məktəb olan Xankəndi Dövlət Pedaqoji İnstitutu olub. Ermənilər Qarabağda özlərinə yer etikdən sonra azərbaycanlıları bu təhsil ocağından kənarlaşdırmışdılar. İnstitutun adı isə saxtalaşdırılaraq dəyişdirilmişdi. Artıq Xankəndi azaddır. Sakinləri kimi bu ali təhsil ocağı da doğma yurduna, Xankəndiyə qayıdacağı günü gözləyir. Həmin ali məktəbdə tarix müəllimi işləmiş Yusif Fərzəliyev təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb.
News24.az xəbər verir ki, Yusif Fərzəliyev vaxtilə 12 il Xankəndi Dövlət Pedoqoji İnstitutunda tarix müəllimi işləyib. Deyir ki, institut 1969-cu ildə indiki Azərbaycan Pedaqoji Universitetinin filialı kimi fəaliyyətə başlayıb.
Yusif Fərzəliyevin sözlərinə görə, Xankəndi Dövlət Pedoqoji İnstitutunda o vaxatlar 2 minə yaxın tələbə təhsil alırdı. Ali məktəbdə azərbaycanlılarla ermənilər bir yerdə oxuyurdular. Təhsil ocağında 40-a yaxın azərbaycanlı müəllim işləyiyirdi. Xankəndi Dövlət Pedoqoji İnstitutu Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub.
Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan digər rayonların gənclərinin ali təhsilə yiyələnməyində mühüm rol oynayıb.
Yusif müəllim deyir ki, 1974-cü ildən Xankəndi Dövlət Pedoqoji İnstitutu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib...
Vardgezin Safaryan adlı tarixçinin elmi işində Şirvanı "böyük Ermənistan" ərazisi kimi göstərməsi azərbaycanlı müəllimlərin sərt reaksiyasına səbəb olur. Həmin elmi işin saxta olduğu sübuta yetirilib. Bunun əvəzini çıxmaq istəyən ermənilər də 1985-ci ildə ali məktəbin Azərbaycan bölməsində tarix ixtisasına tələbə qəbulunun dayandırlmasına nail olublar.
1988-ci ilin mayında Xankəndi Dövlət Pedoqoji İnstitutunun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlərlə üzləşdikləri üçün Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalıblar. Həmin ilin noyabr ayından Xankəndi Dövlət Pedoqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirib. 1989-cu ildə isə Azərbaycan Pedaqoji İnstutunun Şuşa filialı yaradılıb və 2 il fəaliyyət göstərib.
Yusif Fərzəliyev deyir ki, azərbaycanlılar Xankəndi şəhərini tərk etdikdən sonra ermənilər institutun adını dəyişdirərək separatçı rejimin universiteti adlandırıblar.
Bəxtinə köçkünlük yazılan bu təhsil ocağı da antiterror tədbirlərindən sonra azadlığa qovuşub.
Xankəndi Dövlət Pedoqoji İnstitutunun nə vaxt yenidən fəaliyyətə başlayacağı ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Bildirilidi ki, bu məsələ hazırda müzakirə olunur və ictimaiyyətə əlavə məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: