-
- 27-03-2019, 12:34
- 922
Prezident Səhiyyə Nazirliyinə 2 milyon manat ayırdı
Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. News24.az xəbər verir ki, sərəncama əsasən, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.