Doğum Evinin təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
    • 3-04-2019, 18:18
    • 1 523

Doğum Evinin təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə Sərəncam imzalayıb. News24.az-ın məlumatına görə, Sərəncama əsasən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi tapşırılıb.