“HƏMAS”la danışıqlar nəticəsiz BİTDİ
    • 21-10-2023, 12:48
    • 186

“HƏMAS”la danışıqlar nəticəsiz BİTDİ

ABŞ, İsrail və Qətərin 50 girovun azad edilməsi üçün “HƏMAS” hərəkatı ilə apardığı danışıqlar nəticəsiz qalıb.

News24.az xəbər verir ki, bu barədə BBC öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, razılaşmanın şərtləri arasında müvəqqəti atəşkəs, İsrailin Qəzza zolağına su nəqlini bərpa etməsi və anklava humanitar yardımın çatdırılmasının intensivləşdirilməsi olub.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken “HƏMAS”dan bütün girovları ilkin şərt olmadan azad etməyi tələb edib. O, həmçinin çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib və bildirib ki, bu, “HƏMAS”ın əsir götürdüyü insanların geri qaytarılmasına töhfə verəcəksə, Vaşinqton birgə işləməyə hazırdır.

İsrail ordusunun məlumatına görə, iki girov azad edilənə qədər “HƏMAS”ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayı 203 nəfər olub.

Aynurə