İsrail səfirliyi yaxınlığında partlayış oldu
    • 21-10-2023, 13:23
    • 226

İsrail səfirliyi yaxınlığında partlayış oldu

İsrailin Kiprdəki səfirliyi yaxınlığında partlayış baş verib. 

News24.az xəbər verir ki, bu barədə "Philenews" portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, hadisənin təfərrüatları müəyyənləşdirilir. İlkin məlumatlara görə, polis 17-21 yaşlarında olan 4 nəfəri saxlayıb. Onların dördü də Suriyadan Kiprə  gəlib.

Qumral