İsrail-Fələstin münaqişəsi ilə bağlı TƏCİLİ SAMMİT
    • 21-10-2023, 15:46
    • 169

İsrail-Fələstin münaqişəsi ilə bağlı TƏCİLİ SAMMİT

Misirin paytaxtı Qahirədə Qəzza zolağında münaqişənin həlli üçün sammit keçirilir.

News24.az xəbər verir ki, tədbirdə 30-dan çox ölkə və bir sıra beynəlxalq və regional təşkilatlar iştirak edir. Tədbiri “Al Arabiya” yayımlayır.

Toplantıda Fələstin lideri Mahmud Abbas, BMT, Aİ, Böyük Britaniya, Yunanıstan, Türkiyə, Kipr, İtaliya və Rusiya nümayəndələri iştirak edir.

Tədbir zamanı Misir lideri sammit iştirakçılarını Qəzza zolağında humanitar fəlakətə son qoymağa və İsraillə fələstinlilər arasında sülh üçün yol xəritəsini razılaşdırmağa dəvət edib.

Qumral