-
- 21-10-2023, 15:49
- 241
İrəvanda merin müavini GÜLLƏLƏNDİ
İrəvanda bir qrup şəxs arasında kütləvi dava düşüb və atəş açılıb.
News24.az Ermənistan mediasına istinadla xəbər verir ki, insident İrəvanın Aştərək bölgəsində baş verib.
Araqatsotn rayonundan olan 65 yaşlı Qalust G., onun 37 yaşlı oğlu Hayk G. və Aştərək icmasının başçısı Tovmas Ş. görüşərək torpaq məsələsinə görə dava ediblər.
Bundan sonra bəzi şəxslər Qalust G.-yə yaxınlaşaraq onu yerə yıxaraq daş, yumruq və təpiklə döyməyə başlayıblar.
Bu zaman Ayk G. əlində olan avtomatdan onların istiqamətinə bir neçə dəfə atəş açıb. Atışma nəticəsində Aştərək merinin müavini, 52 yaşlı Vardan S. və 26 yaşlı Qor P. güllə yaraları alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Akqabay