-
- 23-10-2023, 12:52
- 318
Yaqutun əmisi DANIŞDI: "Mənim sözümə baxmadılar"
Yaqut Nərimanın (Həşimova) əmisi İlqar Qəmərli qardaşı qızının ölümündən danışıb.
News24.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında bir çox mətləblərə aydınlıq gətirib. Mərhumun əmisi bildirib ki, hadisədən əvvəl qardaşı qızına Anar Həşimovdan boşanması ilə bağlı xəbərdarlıq edib.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
“Qardaşım qızı Yaqut Nəriman həyat yoldaşı tərəfindən qəddarlıqla qətlə yetirildi. Baş kəsilmə söhbəti yalandır. Özüm morqda baxmışam. Bıçaq zərbəsinin biri şah damara düşdüyündən qan çox itirərək vəfat edib. Mənim sözümə baxmadılar. Dəfələrlə deyirdim, arvad çörəyi yeyən kişidən kişi olmaz, rədd edin bunu. Eldən-obadan ayıbdır Yaqutun xalası oğludur deyərək, sözümü eşitmədilər. Onu qətlə yetirən həyat yoldaşı barədə heç nə demirəm. Onun Tiktok səhifəsinə baxsanız, özünüz onun necə, hansı yolun adamı olduğunu anlayacaqsınız”.
Qeyd edək ki, Yaqut oktyabrın 16-da həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib. Onun barəsində cinayət işi açılıb və ilkin 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Aynurə