İran məktəblərində məcburi namaz saatı TƏTBİQ EDİLİR
    • 23-10-2023, 15:37
    • 114

İran məktəblərində məcburi namaz saatı TƏTBİQ EDİLİR

İran məktəblərində məcburi namaz saatı tətbiq edilir.

News24.az xəbər verir ki, bununla bağlı İranın Təhsil Nazirliyi qərar qəbul edib.

Bildirilib ki, orta məktəblərdə camaat namazı qılmaq üçün bütün şagirdlərin gündəlik rəsmi dərs cədvəlində "30 dəqiqəlik namaz zəngi" müəyyən edilməlidir. 

Məlumata görə, Təhsil Nazirliyi tərəfindən təsdiq edilən bu təlimata görə, əsas məqsəd gənc nəsil arasında namaz mədəniyyətinin gücləndirilməsi və inkişaf etdirilməsidir.

Aynurə