-
- 23-10-2023, 17:35
- 219
Bu şəxslər ipoteka krediti ala biləcəklər - RƏSMİ
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində, eyni zamanda gələcəkdə bu ərazilərdə yaşayan şəxslərin ipoteka kreditlərindən faydalanması üçün müvafiq tədbirlər hazırlanıb.
News24.az xəbər verir ki, bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan “İqtisadi zona” verilişində deyib.
“Bundan başqa, əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşpaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxışını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb”, - İ. Kələşov deyib.
Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib: “Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq”.
İKZF-nun baş direktoru vurğulayıb ki, son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində, eyni zamanda “2022-2026-cı illərdə sosial-İqtisadi inkişaf Strategiyası”, “Böyük Qayıdış”la bağlı I dövlət proqramı çərçivəsində əhəmiyyətli işlər görülür.