Məktəbdə siqaret çəkdiyi üçün DÖYÜLÜB - AÇIQLAMA
    • 27-03-2019, 19:12
    • 1 530

Məktəbdə siqaret çəkdiyi üçün DÖYÜLÜB - AÇIQLAMA

“Bu gün 138 nömrəli tam orta məktəbdə döyülən 21 yaşlı müəllim pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi olub”. Bu barədə News24.az-a 138 nömrəli tam orta məktəbindən məlumat verilib. Məktəbdən bildirilib ki, bu gün məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsinin döyülməsinin səbəbi siqaret çəkməsi olub: “Məktəbdə siqaret çəkdiyi üçün XI sinif şagirdi ondan siqaret çəkməməsini xahiş edib. Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Məktəb rəhbərliyinə də məlumat hüquq-mühafizə orqanından verilib”.

Qeyd edək ki, bu gün yanlış olaraq Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimin döyülməsi ilə bağlı xəbərlər yayılıb.

Sevinc YASİNQIZI