-
- 24-10-2023, 10:38
- 189
"Bu, son dərəcə kritik bir platformadır"
"Dayanıqlı inkişaf məqsədlərinin icrasında effektivliyin artırılması və şəffaflığın təminatı ən effektiv tədbirlərdəndir".
News24.az xəbər verir ki, bunu BMT-in ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreeva Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin Nəticələri və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" 3-cü panelində bildirib:
"Bu təşəbbüsün üzvü olan bütün üzv dövlətlərin öhdəlikləri inkişaf məqsədləri və münaqişələrdən sonrakı reabilitasiya tədbirlərini əhatə edir. Minatəmizləmə üzrə II Konfransda qəbul olunan öhdəliklərin icrasına dair tədbirlər də dayanıqlı inkişaf məqsədlərindən biridir. Bu baxımdan sözü gedən sammitdən sonra görülməli olan tədbirlərin vacibliyi BMT üzvü ölkələr tərəfindən vurğulanıb. Biz ümumi olaraqdayanıqlı inkişaf məqsədlərinin icrasında effektivliyin artırılması və şəffaflığın təminatı nı bu sahədə ən effektiv tədbirlərdən hesab edirik. Bu dialoq Azərbaycanın digər qurumları ilə yanaşı, Hesablama Palatası ilə də əməkdaşlıq edir. İnanırıq ki, bu sammitdən sonra Azərbaycanın həm İqtisadiyyat, həm də Maliyyə Nazirliyi ilə tərəfdaşlığımız daha da genişlənəcək. Bu, son dərəcə kritik bir platformadır".
O deyib ki, növbəti həftələr ərzində təmsil etdiyi qurumla Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlıq sahələri daha da genişlənəcək.
Fərid Azəri