İsrail Qəzzada hərbi əməliyyatı dayandıra bilər
    • 24-10-2023, 12:38
    • 164

İsrail Qəzzada hərbi əməliyyatı dayandıra bilər

İsrail Müdafiə Qüvvələri (IDF) rəsmiləri "The Times of Israel" qəzetinə bildiriblər ki, Fələstinin Həmas qrupu girovları azad etməyə davam edərsə, İsrail hakimiyyəti Qəzza zolağında quru əməliyyatını ləğv edə və ya yarı yolda dayandıra bilər.

News24.az xəbər verir ki,  ordu rəhbərliyi silahlılara qarşı 16 gün davam edən hava hücumlarından sonra hərbçilərin Qəzzanı işğal etməyə hazır olduqları barədə hakimiyyət orqanlarına hesabat verib. 

Onlar quru əməliyyatının məhbusların azad edilməsini sürətləndirəcəyinə inanırlar.

Aynurə