Bakıda AĞIR QƏZA - Manatlıq taksilərin
    • 24-10-2023, 12:39
    • 663

Bakıda AĞIR QƏZA - Manatlıq taksilərin "qovma şousu" faciə ilə NƏTİCƏLƏNDİ

Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

News24.az xəbər verir ki,  hadisə şahidlərinin Trend-ə verdiyi xəbərə görə, qəza Sabunçu rayonu Pirşağı-Mədəmmədi yolunda qeyd alınıb. Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün "qovma şousu" onlardan birinin qarşı yola çıxması ilə nətilənib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.

Şahidlərin dediyinə görə iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.