Pirallahıda ağır qəza: 1 ölü, 3 yaralı
    • 13-09-2019, 13:07
    • 2 119

Pirallahıda ağır qəza: 1 ölü, 3 yaralı

Bakıda yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə Pirallahı rayonunda Pirallahı qəsəbəsinin girişində qeydə alınıb.

Yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, üç nəfər isə ilkin tibbi yardım göstərilib. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.