-
- 28-03-2019, 10:55
- 1 231
Bakıda açıq talama ilə 4500 manat alan şəxs saxlanılıb
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Qısa müddətdə bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması müəyyən edilib.
9-cu Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.