Bakı sakini əcnəbiləri belə SOYDU
    • 30-08-2019, 11:27
    • 847

Bakı sakini əcnəbiləri belə SOYDU

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.

DİN mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılmışdır. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.