Türkiyədə ƏMƏLİYYAT - 600-dən çox şəxs HƏBS EDİLDİ
    • 24-10-2023, 15:30
    • 69

Türkiyədə ƏMƏLİYYAT - 600-dən çox şəxs HƏBS EDİLDİ

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 600-dən çox şəxs həbs edilib.

News24.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

77 bölgədə eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı “FETÖ” ilə əlaqəsi olan 611 şübhəli həbs edilib”, - deyə nazir X (Twitter) səhifəsində yazıb.

Eyni zamanda Türkiyə DİN rəhbəri vurğulayıb ki, ölkə hakimiyyəti terrorçulara və onların havadarlarına qarşı müqavimət göstərməyə davam edəcək.


Qumral