-
- 22-08-2023, 11:08
- 144
"Gizli dövlət": DAHA BİR FETÖ ƏMƏLİYYATI
Fətullah Terror Təşkilatının (FETÖ) "gizli dövlət" strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 20 şübhəli şəxs haqqında həbs qərarı verilib.
Onlardan 11-i vəzifədədir.
News24.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.
FETÖ-nün “xüsusi xidmətlər" adlı quruluşu ilə əlaqəsi olduğu anlaşılan köşk, ərzaq mağazası, market kimi ictimai iş yerlərində ön ödənişli sabit telefonları və ictimai qurumları hədəf alan əməliyyat xətləri var.
Bu çərçivədə 11-i hazırda müxtəlif dövlət müəssisələrində işləyən, 8-i işdən çıxarılan, 1-i mülki şəxs olmaqla 20 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Onların təşkilati fəaliyyətdə iştirakı ilə bağlı sübutlar əldə edilib.
Terrorla Mübarizə Şöbəsi qrupları şübhəlilərin saxlanması üçün Ankaranın 4 vilayətində genişmiqyaslı əməliyyatlara başlayıb.
Ayşən