-
- 25-10-2023, 11:09
- 205
Bu çörək müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə News24.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı çörək istehsalı müəssisəsinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, istifadə olunan alət, avadanlıq və ləvazimatların müvafiq şəraitdə saxlanılıb dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələrilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam etdirilir.