Masazırda bina yandı: bir nəfər tüstüdən zəhərləndi – Video

Masazırda bina yandı: bir nəfər tüstüdən zəhərləndi – Video Hadisə

Masazırda binada yanğın olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Elektrik şaxtasında baş verən yanğın FHN əməkdaşlarının müdaxiləsi ilə söndürülüb.

Hadisə zamanı 10-u uşaq olmaqla 25 nəfər təxliyə edilib, bir nəfər tüstüdən zəhərlənib. Mənzillər qorunub.