SON DƏQİQƏ!!! Üçtərəli görüşlə bağlı AÇIQLAMA
    • 25-10-2023, 12:08
    • 452

SON DƏQİQƏ!!! Üçtərəli görüşlə bağlı AÇIQLAMA

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bu ay Brüsseldə görüşməyəcək.

News24.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

Aİ-nin xüsusi nümayəndəsi buna səbəb kimi vaxtın azlığını göstərib.

“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticə sənədin imzalanması olacaq”, - avropalı diplomat vurğulayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib ki, oktyabrın sonunda Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.

Akqabay