-
- 28-03-2019, 13:04
- 631
Prezident Nərimanov rayonundakı avtomobil yollarına 6,3 milyon manat ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. News24.az-ın xəbərinə görə, sərəncamda Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,3 milyon (altı milyon üç yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması qeyd olunub. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.