Yasamalda avtomobil yollarının qurulmasına 8,6 milyon manat ayrıldı SƏRƏNCAM
    • 29-06-2019, 15:45
    • 1 089

Yasamalda avtomobil yollarının qurulmasına 8,6 milyon manat ayrıldı SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

News24.az
xəbər verir ki, sərəncamla Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.