Səbail ərazisində avtomobil yollarının bərpası üçün 2,45 milyon manat ayrılıb - SƏRƏNCAM
    • 18-04-2019, 17:13
    • 1 130

Səbail ərazisində avtomobil yollarının bərpası üçün 2,45 milyon manat ayrılıb - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə nəzərdə tutulmuş vəsaitin 2,45 milyon (iki milyon dörd yüz əlli min) manat ayrılmasına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələləri həll etməsinə qərar verilib.